“Latsio” B Seriyasına göndərilə bilər
İtaliyanın “Latsio” klubu cəzalandırıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Paytaxt klubunun koronavirus testi müsbət çıxan bir futbolçunu A Seriyası matçında oynatdığı və protokol qaydalarına əməl etmədiyi iddia olunur.
Məsələ ilə bağlı İtaliya Federal Məhkəməsi tərəfindən araşdırma başladılıb. “Latsio”nun qaydaları pozduğu təsdiqlənsə, klubun xalları silinə, hətta komanda B Seriyasına göndərilə bilər.
“Latsio” İtaliya A Seriyasında 7-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin