C Seriyası klubunun Balotelli arzusu
İtaliyanın “Komo” klubu “Breşiya”nın futbolçusu Mario Balotelliylə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, C Seriyası təmsilçisinin 29 yaşlı hücumçunun bütün istəklərini qarşılamağa hazır olduğu bildirilir.
“Komo” hazırda Balotelliylə ciddi şəkildə maraqlanan yeganə klubdur. C Seriyası təmsilçisinin nümayəndələri hücumçunun agenti Mino Rayola ilə də görüşüblər.
“Breşiya” klubu Balotelli ilə müqaviləni ləğv etmək istəsə də, hücumçu bununla razılaşmayıb. Forvardın A Seriyası klubuyla sözləşməsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin