“Hazırda futbol əsas deyil, bu haqda yaydan sonra danışa bilərik” – Berluskoni
İtaliyanın keçmiş baş naziri və “Milan”ın sabiq rəhbəri Silvio Berluskoni koronavirusa görə dayandırılan A Seriyasıyla bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Berluskoni, futbolun hazırda vacib məsələ olmadığını bildirib:
“Mən idmanla əlaqəli bir insanam. Futbolun dəyərinə heç vaxt laqeyd yanaşmayacam. Ancaq hazırda futbol əsas deyil, bu haqda yaydan sonra danışa bilərik.
A Seriyasının yenidən bərpa olunmasını düzgün hesab etmirəm. Həm də, oyunların azarkeşsiz keçirilməsi məyusedicidir”.
1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. Berluskoni hazırda İtaliya C Seriyası təmsilçisi “Montsa”nın sahibidir.
Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.
Bizi Facebook-da izləyin