Berluskoninin həkimi klub prezidenti oldu
İtaliyanın keçmiş baş naziri və “Milan” klubunun sabiq rəhbəri Silvio Berluskoninin həkimi Alberto Zanqrillo klub prezidenti olub.
Komanda.az xəbər verir ki, Alberto “Cenoa”ya rəhbər təyin edilib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb. 84 yaşlı funksioner hazırda İtaliya B Seriyası təmsilçisi “Montsa”nın sahibidir.
Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin