İtaliya klubunun futbolçusunda koronavirus aşkarlandı
İtaliyanın “Kalyari” klubunun futbolçusu Qaston Pereyroda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koronavirus testi müsbət çıxan uruqvaylı yarımmüdafiəçi A Seriyasının 33-cü turunun “Roma” ilə matçını buraxacaq.
Bu gün keçiriləcək “Kalyari” – “Roma” matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin