Simeonenin oğlu rusların “radar”ında

İtaliyanın “Kalyari” klubunun futbolçusu Covanni Simeone karyerasını Rusiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Zenit” 26 yaşlı hücumçunu transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Kalyari” Simeone üçün 10 milyon avro tələb edir.

“Zenit” rəsmiləri futbolçunun keçidini tamamlamaq üçün danışıqları davam etdirir.

Covanni Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button