A Seriyası klubunda yeni baş məşqçi
İtaliyanın “Kalyari” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Valter Matsariyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Matsari ilə 3 illik müqavilə imzalanıb.
60 yaşlı mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Leonardo Sempliçini əvəzləyib.
Matsari daha əvvəl İtaliyada “İnter”, “Napoli”, “Sampdoriya” və “Torino”da baş məşqçilik edib.
“Kalyari” A Seriyasında 3 turdan sonra 1 xalla 17-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin