İtaliya klubundan baş məşqçini sevindirən qərar
İtaliyanın “Kalyari” klubu baş məşqçisi Rolando Maranın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi 55 yaşlı mütəxəssislə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2018-ci ilin yayından komandanı çalışdıran Maranın əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.
“Kalyari” İtaliya A Seriyasında 34 turdan sonra 40 xalla 11-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin