“İnter”in futbolçusu koronavirusdan sağaldı
İtaliyanın “İnter” klubunun futbolçusu Stefan De Vrey koronavirusdan sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Niderlandlı müdafiəçinin son koronavirus testi mənfi çıxıb.
De Vreydə martın 18-də koronavirus aşkarlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin