“İnter”in futbolçusunun evi qarət olundu – 80 min avroluq zərər
İtaliyanın “İnter” klubunun xorvatiyalı futbolçusu İvan Perişiçin evi qarət olunub.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Milan şəhərindəki evə basqın edən oğrular, Perişiç və həyat yoldaşına məxsus bahalı saatlar oğurlayıblar. Saatların dəyəri təxminən 80 min avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin