“İnter” maliyyə hesabatını açıqladı – rekord göstərici
İtaliyanın “İnter” klubunun 2018/19 mövsümü üçün maliyyə hesabatı açıqlanıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Milan təmsilçisi ötən mövsümdə 415 milyon avro gəlir əldə edib. Bu, “İnter”in tarixində rekord göstəricidir. Belə ki, “neradzurra” klub tarixində ilk dəfə olaraq 400 milyon avrodan çox gəlir əldə edib.
2017/18 mövsümündə “İnter” 346 milyon avro gəlir əldə etmişdi. Gəlirlərdə 20 faizlik artım müşahidə olunub.
“İnter” bu mövsüm A Seriyasında keçirdiyi 5 oyunun hamısında qələbə qazanaraq, turnir cədvəlinin vahid lideridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin