“İnter” Konte ilə müqaviləni ləğv edəcək

İtaliyanın “İnter” klubunda baş məşqçi Antonio Konte ilə yollar ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Kontenin klub rəhbərliyinin maaşları 20 faiz azaltmaq istəyi ilə razılaşmadığı və bu səbəbdən “İnter”dən ayrılacağı bildirilib.

“İnter”in 48 saat ərzində Konte ilə müqaviləyə xitam verəcəyi gözlənilir.

2019-cu ildən “İnter”i çalışdıran Kontenin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir. “Neradzurra” A Seriyasında 2020/21 mövsümünün qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button