Konte onu “İnter”də görmək istəyir
İtaliyanın “İnter” klubu yayda heyətini yeni hücumçu ilə gücləndirməyə çalışacaq.
Komanda.az xəbər verir ki, “neradzurra” “Atalanta”dan Luis Murieli transfer etmək niyyətindədir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, “İnter”in baş məşqçisi Antonio Kontenin kolumbiyalı hücumçunu öz komandasında görmək istədiyi bildirilib.
Muriel bu mövsüm A Seriyasında 26 oyunda 16 qol vurub. 29 yaşlı hücumçunun “transfermarkt”da dəyəri 26 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin