“İnter” fəaliyyətini dayandırdı – rəsmi

İtaliyanın “İnter” klubu müvəqqəti olaraq idman fəaliyyətlərini dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə “neradzurra”nın rəsmi saytı məlumat yayıb. Xəbərdə, “Yuventus”un futbolçusu Daniel Ruqanidə koronavirusun aşkarlanmasından sonra belə qərar alındığı bildirilib.

“İnter” klubu A Seriyası çərçivəsində sonuncu dəfə martın 8-də “Yuventus”la qarşılaşıb. Turinlilərin 2:0 hesablı qələbəsiylə bitən görüşdə Ruqani ehtiyat oyunçular skamyasında əyləşib.

İtaliyada koronavirus pandemiyasının geniş yayılması səbəbindən A Seriyasında mövsüm dayandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button