“İnter” onlarla yollarını ayıracaq

İtaliyanın “İnter” klubu iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyasının son çempionunda Eşli Yanq və Aleksandar Kolarovun müddəti bitən müqaviləsi yenilənməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“İnter” Kolarov və Yanqın yüksək məvacibinə görə onlarla müqaviləni yeniləməyəcək.

Serbiyalı müdafiəçi Kolarov 2020-ci ilin sentyabrından, ingilis yarımmüdafiəçi Eşli Yanq isə ötən ilin yanvarından “İnter”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button