“İnter”də 2 yeni müqavilə
İtaliyanın “İnter” klubu iki futbolçusu – Andrea Ranokkiya və Danilo D’Ambrozio ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, hər iki futbolçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ranokkiya ötən mövsüm A Seriyasında 8, Danilo isə 19 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin