“İnter”də Eriksenlə bağlı qərar verildi – rəsmi
İtaliyanın “İnter” klubu futbolçusu Kristan Erikseni qış fasiləsində satacaq.
Komanda.az xəbər verir ki, bu barədə “neradzurra”nın icraçı direktoru Cüzeppe Marotta İtaliya mətbuatına açıqlamasında deyib:
“Bəli, Erikseni transferə çıxarmışıq. Yanvarda komandanı tərk edəcək. O, bizim planlarımızda yer almır. Düşünürəm ki, Eriksenin “İnter”dən ayrılması düzgün qərardır”.
Eriksen, 2020-ci ilin yanvarında “Tottenhem”dən “İnter”ə keçib. Danimarkalı yarımmüdafiəçi bu mövsüm A Seriyasında 8 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin