Balotellinin barmağı, cərimə olunan “İnter” FOTO
İtaliyanın “İnter” klubu azarkeşlərinə görə cəzalanıb.
Komanda.az xəbər verir ki, Milan təmsilçisinin fanatları A Seriyasının sonuncu – 10-cu turunun “Breşiya” ilə oyununda rəqib komandanın futbolçusu Mario Balotellinin ünvanına təhqiredici şüarlar səsləndiriblər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“İnter” azarkeşlərinin bu hərəkətinə görə 5 min avro cərimələnib.
Balotelli 2007-2010-cu illər aralığında “İnter”də çıxış edib. Keçmiş komandasının azarkeşlərinin bu hərəkətini narazılıqla qarşılayan 29 yaşlı hücumçu, oyun zamanı onlara orta barmağını göstərib.
“Breşiya” – “İnter” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin