Daha bir klub Avropa Super Liqasından çıxmağa qərar verdi
İtaliyanın “İnter” klubu Avropa Super Liqası layihəsindən çəkilməyə qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb. Xəbərdə, klub rəhbərliyinin Avropa Super Liqasından çıxmaqla bağlı qərar qəbul etdiyi bildirilib.
Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.
UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin