İtaliyanın iki klubu məşqləri bərpa edir
Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan klublar tədricən məşqləri bərpa etməyə hazırlaşırlar.
Komanda.az xəbər verir ki, artıq elita təmsilçilərindən ikisi məşqlərə başlayacaqları tarixi rəsmən açıqlayıblar. Söhbət “Sassuolo” və “Bolonya”dan gedir.
“Sassuolo”nun rəsmi saytının yaydığı məlumata görə, komanda üzvləri mayın 4-dən etibarən klubun bazasında məşqləri bərpa edəcəklər. Lakin futbolçular yalnız açıq məşq sahələrində, sosial məsafəni qorumaq şərtilə hazırlıq keçəcəklər. Paltardəyişmə otaqları, idman zalları və ofisə giriş isə qadağan olunacaq. Eyni zamanda gigiyenik qaydalara da xüsusi əməl olunmalıdı.
“Bolonya” da rəsmi saytı vasitəsilə mayın 5-dən etibarən məşqlərə start veriləcəyini açıqlayb. Bu klubda da sosial məsafə qorunacaq, bazada qapalı məkanlardan istifadə olunmayacaq. Üstəlik, bir neçə ay öncəyə kimi xərçəng xəstəliyindən müalicə olunan baş məşqçi Sinişa Mixayloviç də hazırlıq prosesində iştirak etməyəcək.
Bizi Facebook-da izləyin