
“Fiorentina” satılır – 150 milyon dollara
İtaliyanın “Fiorentina” klubu satılır.
Komanda.az xəbər verir ki, amerikalı milyarder Rokko Komisso A Seriyası təmsilçisinə sahiblik etmək istəyir. Bu barədə “New York Times” nərşi məlumat yayıb.
ABŞ-ın “Nyu-York Kosmos” klubunun sahibi olan Komisso, “Fiorentina”nın hazırkı rəhbəri Della Valle ailəsinə 150 milyon dollar təklif etməyə hazırlaşır.
“Fiorentina” İtaliya A Seriyasında 37 turdan sonra 40 xalla 15-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin