Şevçenko “Cenoa”ya keçidindən danışdı
İtaliyanın “Cenoa” komandasının yeni baş məşqçisi Andrey Şevçenko təyinatıyla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis, bununla bağlı “instaqram” hesabında paylaşım edib:
“Gəlin, birlikdə yeni macəraya başlayaq. “Cenoa”nın böyük tarixini geri qaytaracağıq”.
Şevçenko “Cenoa” ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin