“Cenoa”nın yeni baş məşqçisi məlum oldu
İtaliyanın “Cenoa” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Aleksander Blessinə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Blessinlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Alman mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin