
“Trabzonspor” futbolçusunu İtaliya klubuna satdı
İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Trabzonspor”dan Kaleb Ekubanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Ekuban “Trabzonspor”la 83 oyunda 20 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin