“İnter”in yetirməsi İtaliyada klubunu dəyişdi
İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Bolonya”dan Mattia Destronu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu mövsümün qalan hissəsində “Cenoa”nın şərəfini qoruyacaq. Destro 2010/11 mövsümündə də məhz bu komandada çıxış edib.
“İnter”in yetirməsi olan hücumçu, “Siena”, “Roma”, “Milan” kimi klublarda da oynayıb. Destro 8 dəfə də İtaliya millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin