MY-nin skautları “Yuventus”un oyununda
İtaliyanın “Breşiya” klubunun futbolçusu Sandro Tonali “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın skautları A Seriyasının 5-ci turu çərçivəsində keçiriləcək “Breşiya” – “Yuventus” matçında 19 yaşlı yarımmüdafiəçini izləyəcək. Tonali ilə bu yay “Fiorentina” və PSJ klubları yaxından maraqlanırdı.
“Breşiya”nın yetirməsi olan yarımmüdafiəçi bu mövsüm A Seriyasında 4 oyuna çıxıb. Onun klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.
21 yaşadək futbolçulardan ibarət İtaliya milli komandasının da formasını geyinən Tonalinin transfer dəyəri 25 milyon avrodur.
“Breşiya” – “Yuventus” matçı bu gün, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin