İbrahimoviçlə Mihayloviçin dostluğu necə başlayıb?
İtaliyanın “Bolonya” komandasının baş məşqçisi Sinişa Mihayloviç açıqlama verib.
Komanda.az xəbər verir ki, “Football İtalia” nəşrinə danışan 52 yaşlı mütəxəssis, “Milan”ın hücumçusu Zlatan İbrahimoviçlə dostluğundan söz açıb:
“Dostluğumuz dava ilə başladı. Zlatan əsəbi idi və onu təhrik etməli idim. Bir gün oyun zamanı onu çox qəzəbləndirdim və mənim başımdan vurdu. “İnter”ə keçəndə onun bu hərəkətinin qarşılığını vermək istədim. Biz sevgimizi belə göstəririk.
İbrahimoviç qazanmadığı şeylərə həsəd aparır. O, Çempionlar Liqasında oynayıb, lakin qalib ola bilməyib. Mən oynamamışam, ancaq qazanmışam”.
İbrahimoviç 2004-2006-cı illərdə “Yuventus”da, Mihayloviç isə həmin dövrdə “İnter”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin