“Milan”ın İbrahimoviçi var, bizim yox” – Mihayloviç
İtaliyanın “Bolonya” klubunun baş məşqçisi Sinişa Mihayloviç A Seriyasının ilk turunda “Milan”a məğlub olduqları görüşdən sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mihayloviç, 0:2 hesabıyla bitən görüş haqda bunları deyib:
“Oyun normal keçdi. Bəlkə də, kifayət qədər özümüzə inanmadıq, ancaq uşaqlar sona qədər mübarizə apardılar. Təhlükəli qol epizodları da yaratmağı bacardıq. “Milan”ın Zlatan İbrahimoviçi var, bizim yox. O, oyunda həlledici əhəmiyyət daşıyırdı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin