
İtaliya klubunda ayrılıq
İtaliyanın “Bolonya” klubu futbolçusu Rodriqo Palasio ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 39 yaşlı hücumçunun müddəti bitən müqaviləsi yenilənməyib.
Palasio bu mövsüm A Seriyasında “Bolonya” ilə 36 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu çempionat tarixində het-trik etməyi bacaran ən yaşlı futbolçudur. O, buna bu mövsüm A Seriyasının 34-cü turunun “Fiorentina” ilə matçında nail olub (3:3).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin