“Atalanta”nın futbolçusu vətəndaşlığını dəyişdi – İtaliya millisi üçün
İtaliyanın “Atalanta” klubunun futbolçusu Rafael Toloy vətəndaşlığını dəyişib.
Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi İtaliya milli komandasında oynamaq üçün FİFA-ya müraciət edib. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. 30 yaşlı futbolçunun müraciəti təsdiqlənib və dəvət gələcəyi halda, o, İtaliya yığmasında oynaya bilər.
Toloy 2014-cü ildə Braziliyadan İtaliyaya köçüb. Müdafiəçi daha əvvəl “Roma”da çıxış edib. Toloy 2015-ci ildən “Atalanta”nın uğurları üçün çalışır.
Toloy Braziliya millisinin əsas komandasında debüt etməyib. O, U-20 millisində 19 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin