Daha bir futbolçu koronavirusa qalib gəldi

İtaliyanın “Atalanta” klubunun futbolçusu Marko Sportyello koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, 27 yaşlı qapıçının koronavirusdan sağaldığı bildirilib. Sportyellonun son iki koronavirus testinin nəticəsi mənfi olub.

Sportyello martın sonlarında koronavirusa yoluxmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button