Demiral üçün 30 milyon avronu rədd etdi – “Yuventus”
İtaliyanın “Atalanta” klubu türkiyəli müdafiəçi Merih Demiralı transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, Berqamo təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün klubu “Yuventus”la danışıqlara başlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Atalanta” Merih üçün bonuslarla birlikdə 30 milyon avro təklif edib.
“Yuventus” bu təklifi rədd edib. “Qoca sinyora” Demiralı 35-40 milyon avroya satmağa razıdır. Tərəflər arasında danışıqlar davam edir.
Türkiyə milli komandasının da üzvü olan Demiralın “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin