
İtaliyanın 2 klubu “Real”ın hücumçusu ilə maraqlanır
İtaliyanın aparıcı klubları – “Yuventus” və “Milan” “Real”ın hücumçusu Endrikin transfer perspektivini yaxından izləyirlər.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Real” 18 yaşlı futbolçunu satacağı halda, müqaviləyə geri alma bəndi əlavə etməyi planlaşdırır. Madridlilər bu mexanizmdən daha əvvəl 2024-cü ilin yayında, Nikolas Pazı “Komo”ya satarkən də istifadə etmişdilər.
Braziliyalı forvard 2024/25 mövsümündə “Real”ın heyətində 37 oyunda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



