Seadın 2 “elçi”si var

İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Sead Kolaşinaç karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu sözügedən ölkənin iki klubunun transfer hədəfindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumata görə, “Roma” və “Napoli” Kolaşinaçın xidmətində maraqlıdır.

“Roma”nın futbolçunu qış transfer dövründə heyətinə qatmaq istədiyi və təklif göndərməyə hazırlaşdığı bildirilir. “Napoli” isə futbolçunun keçidini həll etmək üçün yayı gözləməyə razıdır.

2017-ci ildə “Şalke”dən transfer olunan Bosniya və Herseqovina millisinin üzvü, bu mövsümdə 16 oyunda iştirak edib, iki məhsuldar ötürməylə yadda qalıb. Onun London klubu ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button