
ÇL: İtaliya “İnter”in ümidinə qaldı
“Milan” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Feyenoord”la oyunlarda məğlub olaraq (0:1; 1:1), mübarizəni dayandırıb. Bu isə o deməkdir ki, İtaliyanı 1/8 final mərhələsində yalnız bir komanda – “İnter” təmsil edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Çempionlar Liqasının 16-cı turu olan digər mövsümlərdə İtaliya klubları son illərdə həmişə birdən çox komanda ilə təmsil olunub.
İtaliya Çempionlar Liqasının 1/8 finalında bütün turnir tarixində cəmi iki dəfə – “Yuventus”un olduğu 2014/15 mövsümündə, həmçinin ondan bir il əvvəl, 2013-14-cü illərdə “Milan”la təmsil olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin