İtaliyalıların AÇ-2024-dəki “sərgüzəştlər”i

AÇ-2024 tarixdə eyni millətdən olan ikidən çox məşqçinin pley-off mərhələsinə yüksəldiyi ilk Avropa çempionatı olub.

Komanda.az “Opta Sport”-a istinadən xəbər verir ki, AÇ-2024-də dörd italiyalı mütəxəssis komandalarını 1/8 finala çıxarıb. Luçano Spalletti İtaliya ilə birlikdə 4 xal toplayaraq B qrupunda ikinci, Domeniko Tedeskonun rəhbərlik etdiyi Belçika millisi E qrupunda ikinci, Françesko Kalzonanın “sükanı arxasında” olduğu Slovakiya E qrupunda üçüncü yerdən pley-offa yüksəlib. Vinçentso Montellanın rəhbərliyi altında Türkiyə millisi F qrupunda ikinci olub.

AÇ-2024-ün pley-off mərhələsinin ilk oyunları iyunun 29-da keçiriləcək. Turnirin final görüşü iyulun 14-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button