“İnter”in sabiq baş məşqçisi İran klubunda
İtaliyalı mütəxəssis Andrea Stramaççioninin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “İstiqlal” klubu ilə razılıq əldə edib. Bu barədə İran təmsilçisinin rəsmi saytı məlumat yayıb. Stramaççioni ilə 2 illik müqavilə imzalanıb. O, “İstiqlal”da illik 1,6 milyon avro qazanacaq.
Baş məşqçi karyerası ərzində “Roma”, “İnter” kimi komandaları çalışdıran Stramaççioninin son iş yeri Çexiyanın “Sparta” klubu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin