İtaliya klubunda baş məşqçi ayrılığı

İtaliyalı mütəxəssis Luici Di Byaco baş məşqçisi olduğu SPAL klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə 49 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında deyib. O, A Seriyasının sonuncu – 38-ci turunun “Fiorentina” ilə matçından (1:3) sonra keçirilən mətbuat konfransında klubla vidalaşdığını söyləyib.

SPAL A Seriyasında mövsümü 20-ci sırada bitirib və elitanı tərk edib. Di Byaco bu ilin fevralından SPAL-ı çalışdırırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button