
“AÇ-2020 onun üçün son şansdır”
“İnter”in keçmiş baş məşqçisi Antonio Konte açıqlama verib.
Komanda.az xəbər verir ki, Konte, İtaliya yığmasının müdafiəçiləri Leonardo Bonuççi və Corco Kyellinini tərifləyib:
“Bonuççi və Kyellini fantastik müdafiəçilərdir. Hazırda mövqelərinə görə ən yaxşılardır. Kyellini də bunu yaxşı bilir. Onun qarşıda bir neçə illik karyerası var, bu səbəbdən, daim diqqət mərkəzindədir. AÇ-2020 onun üçün son şansdır. Özü də bunu yaxşı bilir. Milli komanda ilə vacib titul qazanmalıdır”.
İtaliya yığması AÇ-2020-nin finalında bu gün İngiltərə ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin