İtaliyalı hücumçunu transfer etməyə yaxındır – “Qarabağ”

“Qarabağ” klubu İtaliyanın “Audako Çerinyola” komandasının futbolçusu Cankarlo Malkoreni transfer etməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilib ki, 29 yaşlı hücumçu ölkəsində SPAL, “Modena”, Kiprin “Apollon” (Limassol), APOEL və Rumıniyanın ÇFR klublarının maraq dairəsində olmasına baxmayaraq, “köhlən atlar” transfer danışığında bir addım öndədir.

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni davam etdirməsi də italiyalı forvardın qərarına təsir göstərə bilər.

“Leççe”nin yetirməsi olan Malkore 2020-ci ildən formasını geyindiyi C Seriyası təmsilçisi “Audako Çerinyola”da 50 oyun keçirib, 40 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button