İtaliyalı hücumçu karyerasını başa vurdu
“Mançester Yunayted”in və İtaliya yığmasının sabiq hücumçusu Cüzeppe Rossi karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesablarında məlumat yayıb.
Rossi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb. O, klub səviyyəsində “Mançester Yunayted”, “Parma”, “Vilyarreal”, “Nyukasl”, “Fiorentina”, “Selta”, “Levante”, “Cenoa”, “Real Solt Leyk” klublarında çıxış edib. Onun son klubu SPAL olub və sözügedən komandadan bu yay ayrılıb.
Rossi İtaliya millisinin heyətində 30 oyuna çıxıb və 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin