“Arsenal”dan başqa, heç bir kluba keçmək istəmir

İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori bu yay “Arsenal”a keçmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu yalnız London klubuna transfer olunarsa, “Bolonya”dan getməyə hazırdır. O, artıq “topçular”la müqavilənin şərtlərini razılaşdırıb.

Daha əvvəl Kalafiorinin potensial transfer dəyərinin təxminən 50 milyon avro ola biləcəyi bildirilirdi.

22 yaşlı müdafiəçi ötən mövsüm İtaliya çempionatında “Bolonya”nın heyətində 30 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button