İtaliyalı futbolçu yenidən Türkiyə klubunda
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi sabiq futbolçusu – italiyalı Andrea Bertolaççini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə yarım mövsümlük müqavilə imzalanıb.
Bertolaççi bu ilin yayında İstanbul klubundan ayrılaraq İtaliya B Seriyasına yuvarlanan “Kremoneze” ilə müqavilə bağlamışdı. O, daha öncə Türkiyədə “Kayserispor”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin