
İtaliyalı futbolçu üçün mövsüm bitdi – FOTO
“Vest Hem”in hücumçusu Canluka Skamakka sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dizindən əməliyyat olunan forvard bu barədə aşağıdakı sözləri yazıb:
“Əməliyyat olundum. Şübhə etmirəm ki, əvvəlkindən daha güclü qayıdacağam”.
24 yaşlı futbolçu mövsümün qalan hissəsində “çəkicdöyənlər”ə kömək edə bilməyəcək.
O, cari mövsümdə İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb və 8 qol vurub.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin