“Roma”dan ayrılan futbolçu “Napoli”nin düşərgəsində
“Roma”nın keçmiş müdafiəçisi Leonardo Spinazzola yeni klubu ilə müqavilə imzalamağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu hazırda “Napoli”nin düşərgəsində tibbi müayinədən keçir.
Spinazzolanın “Roma” ilə müqaviləsi başa çatıb, bundan sonra o, azad agent olub. 31 yaşlı futbolçu bir müddət əvvəl Antonio Kontenin rəhbərlik etdiyi “Napoli”yə keçməyə razılaşıb.
Spinazzola bundan əvvəl İtaliya millisi ilə Avropa çempionatının qalibi olub. O, A Seriyasının son mövsümündə 24 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin