
İmmobile Türkiyə klubu ilə müqavilə bağlayacaq
“Latsio”nun hücumçusu Çiro İmmobile karyerasında və həyatında dəyişikliklər etmək qərarına gəlib. Belə ki, o, növbəti illəri Türkiyədə keçirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu “Beşiktaş”la 6 milyon avro dəyərində iki illik müqavilə imzalayacaq. 34 yaşlı forvardın keçmiş klubu “Latsio” bu keçid üçün 5 milyon avro tələb etməsinə baxmayaraq, yalnız 3 milyon qazanacaq.
“Beşiktaş” ötən mövsümü çox uğursuz keçirib. Komanda Türkiyə çempionatının turnir cədvəlini 6-cı pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin