
Kyeza Premyer Liqa klubuna keçə bilər
Federiko Kyeza cari transfer pəncərəsində “Yuventus”u tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” italiyalı futbolçunu transfer etməkdə maraqlıdır.
Kyeza özü də karyerasını Mersisayd komandasında davam etdirməkdə qərarlıdır. 2025-ci ildə başa çatacaq müqaviləsi səbəbindən “Yuventus” onunla15 milyon avroya ayrılmağa hazırdır.
Kyeza ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin