Səudiyyə Ərəbistanını tərk edəcək, Fransa klubuna keçəcək
“Əl-İttihad”ın müdafiəçisi Luis Felipe karyerasını Fransada davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu azad agent kimi “Marsel”ə keçəcək.
Felipenin “Marsel”lə müqaviləsi 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub. O, bu mövsüm “Əl-İttihad”ın heyətində 1 oyun keçirib və ümumilikdə 20 dəqiqə meydanda olub.
27 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin sentyabrında “Betis”dən keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin