İtaliyalı futbolçu avtomobil qəzası keçirdi

“Latsio”nun hücumçusu Çiro İmmobile avtomobil qəzası keçirib.

Komanda.az “RaiNews24”-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, futbolçunun idarə etdiyi “Land Rover” markalı avtomobil tramvaya çırpılıb. Hadisə bu gün baş verib.

Avtomobilin ön hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Toqquşmanın təsirindən tramvay relsdən çıxıb.

Hadisə zamanı italiyalı futbolçu xəsarət almasa da, tramvay sürücüsü və daha iki sərnişin xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button