
İtaliyalı futbolçu ərəblərin təklifini rədd edib
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli Səudiyyə Ərəbistanı klubu “Əl-Əhli”yə transfer olunmaqdan imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Əhli” 27 yaşlı futbolçu üçün təklifini 35 milyon avroya qədər artırıb. Hətta müqaviləyə görə, Lokatelli 2028-ci ilə qədər ildə 12 milyon avro və əlavə bonuslar qazana bilərdi.
Bununla belə, italiyalı yarımmüdafiəçi Avropada qalmağa üstünlük verib.
Lokatelli ötən mövsüm A Seriyasında 36 oyun keçirib, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



